AVRO-2024: Türkiyə Uelsə qarşı

AVRO-2024: Türkiyə Uelsə qarşı
Bu gün AVRO-2024-ün seçmə mərhələsinə yekun vurulacaq.

Son gündə B, D və İ qruplarında 10-cu turun oyunları keçiriləcək.

D qrupunda yer alan Xorvatiya Ermənistana qalib gələrsə, AVRO-2024-ə vəsiqəni təmin edəcək.Xorvatiya xal itirsə, Uels Türkiyəni məğlub etsə, britaniyalılar final mərhələsinə yüksələcək.

21 noyabr

Avro-2024, seçmə mərhələ, 10-cu tur

B qrupu

23:45. Cəbəllütariq – Niderland

23:45. Yunanıstan – Fransa

Xal durumu: Fransa – 21, Niderland – 15, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq - 0.

D qrupu

23:45. Xorvatiya – Ermənistan

23:45. Uels – Türkiyə

Xal durumu: Türkiyə - 16, Xorvatiya – 13, Uels – 11, Ermənistan – 8, Latviya - 3.

İ qrupu

23:45. Andorra – İsrail

23:45. Kosovo – Belarus

23:45. Rumıniya – İsveçrə

Xal durumu: Rumıniya – 19, İsveçrə - 17, İsrail – 12, Kosovo – 11, Belarus – 9, Andorra - 2.
Gundelik-Baku.Org