Ermənistanda uelsli futbol azarkeşlərinə qarşı cinayət işi açılıb

Ermənistanda uelsli futbol azarkeşlərinə qarşı cinayət işi açılıb
Ermənistanda uelsli futbol azarkeşlərinə qarşı cinayət işi açılıb.

“Sputnik Armenia”ya xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama verib.

Nazirliyin məlumatına əsasən, azarkeşlərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Onların arasında 15 nəfər Uels, bir nəfər isə Papua-Yeni Qvineya vətəndaşıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan-Uels futbol komandalarının görüşündən əvvəl, taksi fəaliyyəti ilə məşğul olan şəxs uelsli futbol azarkeşinə gediş haqqının əvəzinə seksual xarakterli təklif edib.

Bu barədə Uels Futbol Azarkeşləri Birliyi məlumat yayıb və İrəvana gələn futbol azarkeşlərinin ehtiyatlı olması barədə xəbərdarlıq edib.

Bunun ardınca noyabrın 18-də Ermənistan-Uels futbol komandalarının oyunundan sonra uelsli azarkeşlər arasında dava düşüb.

Həmçinin, Uels Futbol Assosiasiyası tərəfindən 32 azarkeşin həbsi ilə bağlı məlumat yayılmışdı.
Gundelik-Baku.Org