"Azərbaycanla matç bizim üçün vacibdir" - Domeniko Tedesko

"Azərbaycanla matç bizim üçün vacibdir" - Domeniko Tedesko
"Azərbaycan millisinə qarşı keçirəcəyimiz matç olduqca ciddidir və bizim üçün vacibdir. Bakıda çətin anlar yaşadığımızı unutmamalıyıq".

Bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı mətbuat konfransında deyib.
“Əlbəttə bəzi dəyişikliklər olacaq, çünki biz yenilik istəyirik. Azərbaycanın keyfiyyətli oyunçuları var. Onlar İsveç kimi güclü komandaya 3:0 hesabı ilə qalib gəldilər. Amma bizim də komandamızda Romelu Lukaku və Yan Vertongen kimi sərrast futbolçular var”, - deyə Tedesko bildirib.
Gundelik-Baku.Org