"İstəyirik ki, Azərbaycanla Ermənistan arasında sülh olsun" - Fransalı nazir

"İstəyirik ki, Azərbaycanla Ermənistan arasında sülh olsun" - Fransalı nazir
"Fransa istəyir ki, Azərbaycan və Ermənistan arasında sülh olsun. Toqquşmaların qarşısının alınması vacibdir. Azərbaycan sülh müqaviləsi üçün cəhdlər edir və bunu alqışlayırıq".
Bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdikləri birgə mətbuat konfransında deyib.
O bildirib ki, sülhə gedən yol çətin yoldur, səbir, təmkin tələb edir: "Bununla bağlı gələcək panlar da qurulmalıdır. Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır. Növbəti illər ərzində sülh sazişinə nail olmaq lazımdır. Biz istərdik ki, danışıqlar məhsuldar olsun”.
Gundelik-Baku.Org