İsveçli futbolçu Azərbaycana məğlubiyyəti faciə adlandırdı

İsveçli futbolçu Azərbaycana məğlubiyyəti faciə adlandırdı
“Azərbaycan erkən qollarla oyunun taleyini həll etdi”.Bunu İsveç yığmasının hücumçusu Viktor Dyekereş deyib.

25 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisinə 0:3 hesablı məğlubiyyəti dəyərləndirib. Futbolçu bunu faciə adlandırıb:

“Bu, faciə idi. İndiyə qədər belə şey olmamışdı. Azərbaycan 6 dəqiqədə 2 qol vurdu. Bundan sonra mübarizə aparmaq bizə çətin oldu. Rəqib azlıqda qaldığı zaman da qol şansları yarada bilmədik”.

Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan yığmaları 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar.
Gundelik-Baku.Org