Messidən komanda yoldaşlarına çox bahalı hədiyyə

Messidən komanda yoldaşlarına çox bahalı hədiyyə
Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi yığmanın heyətində DÇ-2022-də birlikdə çıxış etdiyi komanda yoldaşlarına hədiyyə alıb. 
Bu haqda "The Sun" məlumat yayıb. 35 yaşlı forvard komanda yoldaşlarına qızıl təbəqəsi ilə örtülmüş "İphone 14 Pro" markalı mobil telefon hədiyyə edib. Messi 35 telefona ümumilikdə 175 min sterlinq xərcləyib. 
O, həmçinin bu hədiyyədən milli komandanın işçilərinə də paylayıb. 
Qeyd edək ki, Messi Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. O, həmçinin mundialın ən yaxşı futbolçusu seçilib. 

Gundelik-Baku.Org