Paytaxtda qəza: Ana və oğlu xəsarət aldı

Paytaxtda qəza: Ana və oğlu xəsarət aldı
Bakının Xəzər rayonununda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Iki avtomobilin toqquşması zamanı 1954-cü il təvəllüdlü İsmayılova Elmira Böyükağa qızı və övladı, 1995-ci il təvəllüdlü İsmayılov Süleyman Ağabəy oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Gundelik-Baku.Org