56 yaşlı kişi qətlə yetirilib

56 yaşlı kişi qətlə yetirilib
Xaçmazda naməlum kişi meyiti aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti tapılıb.
Aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinsə hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Gundelik-Baku.Org