Səfirlikdə yaralanmış Vasif Tağıyevin durumu necədir?

Səfirlikdə yaralanmış Vasif Tağıyevin durumu necədir?
İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əməliyyat olunmuşdu.
Anası Təranə Tağıyeva oğlunun səhhəti barədə məlumat verib. 
O deyib: “Vasif indi bir az yaxşıdır. Hələ tikişləri tam sökülməyib. Yavaş-yavaş səhhəti düzəlir. Hələ ki işə çıxmır”. 
Xatırladaq ki, V. Tağıyev terror nəticəsində çiynindən və üzündən güllə yarası alıb. Çiyni sağalsa da, çənəsindəki problem ciddi olduğundan bir neçə dəfə əməliyyat edilib.



Gundelik-Baku.Org