Vasif Tağıyev xəstəxanadan evə buraxıldı

Vasif Tağıyev xəstəxanadan evə buraxıldı
İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev artıq xəstəxanadan evə buraxılıb. 
Bu barədə Pravda.az-a V.Tağıyevin anası Təranə Tağıyeva məlumat verib.
“Vasif yavaş-yavaş yaxşılaşır. Demək olar, yaraları sağalır. Amma hələ ki danışa bilmir. Ağzında dəmirlər var. Yəqin ki dörd-beş günə dəmirləri sökəcəklər, bundan sonra Allahın izni ilə daha yaxşı olar. Hazırda evdədir. Əhvalı yaxşıdır. Bəzən halbahal olur. Kimləsə çox söhbət edəndə, birdən halı pisləşir. Amma Allaha şükür, ümumi səhhəti qaydasındadır”, - T.Tağıyeva bildirib. 
 
Gundelik-Baku.Org