Bakıda üçmərtəbəli ev yandı

Bakıda üçmərtəbəli ev yandı
Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org