İtin güllələnməsinə etiraz edən qadın silahla hədələndi

İtin güllələnməsinə etiraz edən qadın silahla hədələndi
Sabirabad rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə küçə itini öldürməsinə etiraz edən qadını əlindəki silahla hədələməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Şahin Qəhrəmanov müəyyən olunub.
Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gundelik-Baku.Org