Məşhurların hamıdan gizlətdiyi XƏSTƏLİKLƏRİ

Məşhurların hamıdan gizlətdiyi XƏSTƏLİKLƏRİ
Dünya musiqi aləmində bir çox məşhur var ki, onlar illərdir müəyyən xəstəliklərlə mübarizə aparırlar. Onlardan bəziləri bu barədə məlumatları gizlətməyə çalışsa da, bəziləri açıqlama verməkdən çəkinmirlər. Bəs, görəsən, hansı məşhur hansı xəstəlikdən əziyyət çəkir?
 
BAKU.WS bir çox xəstəliklərdən əziyyət çəkən məşhurların siyahısını təqdim edir: 
Amerikalı müğənni və aktrisa Selena Qomez uzun müddətdir "Lupus" xəstəliyindən (Lupus xəstəliyi dərinin xroniki, avtoimmun, revmatizmal dəri xəstəliyidir. Digər adı qırmızı qurd eşənəyidir. Dəri, dırnaq, saç və ağız boşluğunun selikli qişasında başlayan lesionlarla ortaya çıxır) əziyyət çəkir. Sənətçinin xəstəliyi ilə əlaqədar ona böyrək köçürülmüşdü. O bu haqda həyatından bəhs edən sənədli filmdə danışıb. 

Türkiyəli müğənni Sertab Erener 11 yaşından etibarən "Ülseratif kolit" xəstəliyi (Ülseratif kolit xroniki iltihablı bir xəstəlikdir. Ülseratif kolitdə immunitet sistemi mədə-bağırsaq traktındakı antikorlara hücum edir və iltihablı bir prosesə səbəb olur) ilə mübarizə aparır. Lakin buna baxmayaraq Erener xəstəliyinin onun karyerasına mane olmağına icazə verməyib və sənət yolunda diam irəliləməyə davam edib. 1995-ci ildə sənətçinin əməliyyatla yoğun bağırsağı götürülüb. 

Fələstin əsilli amerikalı model Bella Hadid "Lyme" xəstəliyindən (Laym xəstəliyi və ya Laym borreliozu, gənələr tərəfindən yayılan və müxtəlif orqanlarda təzahür edən bir yoluxucu xəstəlikdir) əziyyət çəkir. Hadidin anası Yolanda Hadid və qardaşı Ənvər Hadid də immunitet sisteminə mənfi təsir edən bu xəstəliklə mübarizə aparırlar. 

Məşhur müğənni Seda Sayan illərdir "Tiroid bezi" xəstəliyindən (Tiroid funksiyası bütün bədəninizin funksiyaları üçün vacib olan tiroid hormonu istehsal etməkdir. Tiroid beziniz, yodu udmaq olan bədənin əsas orqanıdır) əziyyət çəkir. Müntəzəm olaraq dərman qəbul edən Seda ac qala bilmir. Yemək yeməyən zaman başı fırlanan və səhhəti pisləşən Sayan hələ də xəstəliyinə bir əlac tapa bilməyib. 

İki Qremmi mükafatlı, məşhur kanadalı müğənni Castin Biber "Ramsay Hunt" sindromu (The Ramsay-Hunt sindromu Herpes zoster virusunun səbəb olduğu periferik tip üz iflicindən (PFP) ibarətdir. Bundan əlavə, xarici eşitmə kanalının və timpanik membranın iştirakı ilə əlaqələndirilir) ilə mübarizə aparır. 28 yaşlı sənətçi üzünün sağ hissəsinin iflic olduğunu, bu səbəblə də konsertlərini təxirə saldığını bəyan etmişdi.

Türkiyəli məşhur aktrisa Aslı Enver uzun illərdir nitq pozğunluğu xəstəliyindən əziyyət çəkir. Hər hansı bir aktrisanın yarım saata oxuyub bitirirdiyi mətni Aslı 4-5 saata oxuyur. 

Dünya şöhrətli müğənni Ledi Qaqa uzun müddətdir "Fibromiyalji" xəstəliyindən (Fibromiyalgiya bədənin müəyyən nöqtələrində ümumi əzələ ağrıları və xroniki ağrı ilə xarakterizə olunan yumşaq toxuma revmatizmidir. Xəstəlik yorğunluq, yuxusuzluq və depressiya kimi müxtəlif fiziki və psixoloji simptomlarla müşayiət olunur) əziyyət çəkir. 

Türkiyəli müğənni Candan Erçetinin səhnədə işığa allergiyası olduğu üçün gözləri bağlı mahnsı söylədiyini qeyd edib. Onun günəşə və işığa qarşı göz allergiyası var. 

Məşhur model Cici Hadid uzun müddətdir "Haşimato" xəstəliyindən (Haşimota xəstəliyi immunitet sistemimiz, boynumuzdakı tiroid bezinə hücum edərkən meydana gələn bir xəstəlikdir) əziyyət çəkir. O, mütəmadi olaraq dərman qəbul etdiyi üçün tez-tez çəki atmaq məcburiyyətində qalır.


Gundelik-Baku.Org