Diananın məktubu 37 minə satıldı

Diananın məktubu 37 minə satıldı
Şahzadə Diananın övladları Uilyam və Harri tərəfindən imzalanmış əlyazma məktubu hərracda 18 min funt sterlinqə (37 min manat) satılıb.
Məktubun fotosu da mediada yayılıb. Qeyddə Şahzadə Diana London polis serjantı Corc Plumba Uilyamın ad günü şənliyində motosiklet nümayişi təşkil etdiyinə və müşayiət etdiyinə görə təşəkkür edib. O zaman yeddi və dörd yaşında olan şahzadələr adlarını aşağıya əlavə ediblər. Diananın məktubu 21 iyun 1989-cu il tarixlidir və Kensinqton Sarayının markalı kağızında yazılıb.

“Hörmətli çavuş Plumb, bu gün Uilyamın doğum gününə gəlməyiniz çox xoş idi. Şounun bütün balacalara və onların analarına nə qədər əyləncə verdiyini ifadə edə bilmərəm! Mən hazırda nə qədər məşğul olduğunuzu bilirəm, ona görə də sizin və komanda üzvlərinizin ad günü partisində iştirak etməyiniz bizim üçün böyük şərəfdir! Ən səmimi təşəkkürümüzü qəbul edin. Hörmətlə, Diana, Uilyam, Harri”, - mesajda deyilir.

Bundan əvvəl şahzadə Diananın almaz xaçının Londonda hərraca çıxarıldığı bildirilirib.

Gundelik-Baku.Org