Zelenski İlham Əliyevi təbrik ETDİ

Zelenski İlham Əliyevi təbrik ETDİ
Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası həm Cənubi Qafqaz regionunda, həm də beynəlxalq arenada öz mövqelərini möhkəmləndirərək mühüm uğurlara nail olmuşdur. Əminəm ki, bu, gələcəkdə də davam edəcək.
Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə daimi dəstəyini, eləcə də Rusiya ilə müharibə şəraitində Ukrayna xalqına göstərdiyi yardımı yüksək qiymətləndirirəm. Biz bu cür dəstəyin artacağına ümid edirik.
Əminəm ki, ikitərəfli münasibətlərin mövcud potensialını birgə səylərlə maksimum surətdə reallaşdıra və Ukrayna-Azərbaycan əməkdaşlığını Qara dəniz-Xəzər regionunda təhlükəsizlik və sabitlik naminə daha da möhkəmləndirə bilərik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, güclü və firavan dövlətinizin gələcək inkişafı yolunda uğurlar və yeni nailiyyətlər arzu edirəm.
Gundelik-Baku.Org