"Bellingcat"ın rəhbərinə Rusiyada cinayət işi açıldı

"Bellingcat"ın rəhbərinə Rusiyada cinayət işi açıldı
Araşdırmaçı jurnalist və "Bellingcat" nəşrinin rəhbəri Xristo Qrozev Rusiyada tərəfindən axtarışa verilib.
Xarici KİV xəbər verir ki,  buna səbəb jurnalistin Rusiya ordusu haqqında saxta məlumatlar yayması olub. Bundan sonra Rusiya DİN tərəfindən Qrozev barəsində cinayət işi açılıb.
“Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması ilə bağlı iş açılıb”, -  KİV-də qeyd olunub.  
Dekabrın 26-da Bolqarıstan vətəndaşı Xristo Qrozev Rusiya Daxili İşlər Nazirliyinin saytında “axtarılanlar” bölməsində yer alıb.
Qeyd edək ki, iyul ayında Rusiya FSB-sı"Bellingcat"ın rəhbərinə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi (GUR) tərəfindən Rusiya Aerokosmik Qüvvələrinin döyüş təyyarələrinin qaçırılması üzrə maneə törədilən əməliyyatda iştirak etdiyini iddia edib. . İdarənin məlumatına görə, Qrozev öz koordinatoru vasitəsilə iki qadın kuryer tapıb. Onlar Lipetskdəki dəmiryol vağzalında  Moskvadan ukraynalı kəşfiyyatçıların işə götürdüyü kuryerlə  görüşüblər və o , təyyarənin qaçırılmasına razılıq verdiyi iddia edilən rus pilot üçün 4000 dollar avans ödəyib.
Gundelik-Baku.Org