İran Almaniyaya nota VERDİ

İran Almaniyaya nota VERDİ
İran Almaniyaya nota verib.
Iran mediası xəbər verir ki,  Almaniyanın Tehrandakı səfiri Hans Edo Motsel bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran XİN başçısının siyasi məsələlər üzrə müavini Əli Baqiri bəzi Almaniya rəsmilərinin İranda iğtişaşlarla bağlı verdiyi açıqlamalarla bağlı səfirə nota verib.İran Berlinin mövqeyini beynəlxalq hüququn qayda və prinsiplərinə zidd qiymətləndirib və iki ölkə arasında münasibətlər üçün qəbuledilməz adlandırıb.
Gundelik-Baku.Org