Aktrisa Murat Bozla duet oxudu

Aktrisa Murat Bozla duet oxudu
Bir müddətdir sevgili olduqlarını inkar edən Ayça Ayşin Turan və Murat Boz birlikdə duet oxuyublar.
Türkiyə  KİV xəbər verir ki, "O Ses Türkiye" yeni il çəkilişlərinə hazırlaşan cütlüyün görüntüləri diqqət çəkib. 
Belə ki, ikili  "Özledim" mahnısını ifa ediblər. Aktrisa və müğənninin bir-birilərinə baxaraq oxumaları, onların eşq iddialarını yenidən gündəmə gətirib.  
Qeyd edək ki, Ayça Ayşin Turan bir müddət əvvəl həmkarı Alp Novruzla sevgi münasibətlərinə son qoyub. 


 
Gundelik-Baku.Org