II Yekaterinanın qızıl möhürü 28 min dollara satıldı

II Yekaterinanın qızıl möhürü 28 min dollara satıldı
Rusiya imperatriçəsi II Yekaterinaya məxsus qızıl möhür Böyük Britaniyada keçirilən hərracda təxminən 28 min dollara satılıb.
Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
“Möhür 1780-ci illərə aiddir, ondan Rusiya imperator sarayında rəsmi möhür kimi istifadə olunurdu”, -  deyə nəşrdə deyilir.
Qeyd olunur ki, 22,9 min funta (27,7 min dollar) satılan möhürdə şir və at təsvir edilib. O, kəsici Çarlz Braun tərəfindən yaradılıb.
Gundelik-Baku.Org