Ellenlə həyat yoldaşı 70 milyona ev aldı

Ellenlə həyat yoldaşı 70 milyona ev aldı
Ellen DiCeneres ilini daşınmaz əmlak rekordu qıraraq başa vurur.
Keçmiş aparıcı və həyat yoldaşı Portia de Rossi Santa Barbara qraflığında yerləşən okean sahilindəki Karpinteria şəhərində 70 milyon dollara bir mülk alıblar.
Bununla da, Ellen və Portia Santa Barbarada ən bahalı yaşayış müqaviləsi rekordunu qırıblar. Dirt.com-un məlumatına görə, əvvəlki rekord iki il əvvəl milyarder Rayli Bektelin 63 milyon dollarlıq əmlak alması ilə qeydə alınıb.
Ellenə məxsus yeni mülk əslində iki hissədən - 41,7 milyon dollara alınmış 9066 kvadrat metrlik malikanə və 28,2 milyon dollara alınmış ümumilikdə 10 hektardan çox torpaq sahəsi ibarətdir.
Qeyd edək ki, cütlük 2008-ci ildə ailə qurub.

Gundelik-Baku.Org