Rusiyalı diplomatın oğlu Avstriyada SAXLANILDI

Rusiyalı diplomatın oğlu Avstriyada SAXLANILDI
Yunanıstan vətəndaşlığı olan rus diplomatın oğlu Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları tərəfindən Vyanada saxlanılıb. O, Rusiya hərbi kəşfiyyatının xeyrinə casusluqda şübhəli bilinir. 
Bu barədə Avstriya KİV-i məlumat yayıb.
Bildirilir ki, adı açıqlanmayan 39 yaşlı kişinin evində gizli kameralar və minatəmizləmə zamanı təhlükəsizliyi təmin edən istehkamçı kostyum aşkar edilib. Həbs edilən şəxs müxtəlif ölkələrin diplomatları və kəşfiyyatçıları ilə əlaqə saxlayıb. Onun atası  Almaniya və Avstriyada rus diplomatı adı altında işləyib.
Qeyd edək ki, Vyana beynəlxalq casusluğun mərkəzi kimi tanınır. Dövlət Təhlükəsizlik Departamentinin hesablamalarına görə, şəhərdə 7000-ə qədər xarici kəşfiyyatçı ola bilər.
Gundelik-Baku.Org