Polis aldığı rüşvəti UDMAQ İSTƏDİ

Polis aldığı rüşvəti UDMAQ İSTƏDİ
Hindistanın Haryana ştatının Fəridabad şəhərində polis əməkdaşı korrupsiyaya qarşı mübarizə idarəsinin qarşısında rüşvət kimi aldığı pulu udmağa çalışıb. 
Xarici media bildirir ki, cinayət başında yaxalanan rüşvətxorun həmin anı videoya çəkilib.
Kiçik polis müfəttişi Mahendra Ula camışın oğurlandığı şəxs Şambhu Nathdan 10 min rupi (200 manatdan çox) rüşvət tələb edib. Nath altı min rupi (120 manatdan çox) ödəyib və polisin hərəkətindən şikayət edib. Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları rüşvətin qalan hissəsini alarkən qanun pozucusunu yaxalamaq qərarına gəliblər.
Rüşvət alarkən korrupsiyaya qarşı mübarizə aparan şəxslər qanunu pozan polisi həbs etməyə çalışsalar da, o, rüşvəti udmağa çalışıb. Sosial şəbəkələrdə yayılan hadisə videoya çəkilib. Pul verilməsi anının görüntülərində Ulanın əskinasları udmağa çalışdığı, korrupsiya ilə mübarizə aparan əməkdaşların pulu götürmək üçün barmaqlarını onun ağzına qoyduğu görünür.


Gundelik-Baku.Org