Polad Bülbüloğlu Daşkənddə səhnə alacaq

Polad Bülbüloğlu Daşkənddə səhnə alacaq
Xalq artisti Polad Bülbüloğlu Daşkənd şəhərində konsert proqramı ilə çıxış edəcək.
OLAY yazır ki, o, Birlik ölkələrinin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində bu gün keçiriləcək MDB Dövlətləri Gənclər Simfonik Orkestrinin konsertinin solisti olacaq.

Orkestr 2007-ci ildə MDB Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə yaradılıb. Dirijor podiumunda Rusiyanın Xalq artisti Sergey Skripka, azərbaycanlı dirijor Murtaza Bülbüloğlu, özbəkistanlı dirijor Alibek Kabduraxmanov və onun türkmənistanlı həmkarı Rəsul Klıçev olacaq.

Xatırladaq ki, MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu dekabrın 14-dək davam edəcək. Forumda Birlik üzvü olan ölkələrin tanınmış incəsənət xadimləri, idmançıları və alimləri iştirak edirlər. Forumun mövzusu “Humanitar əməkdaşlıq – 30 ilin təcrübəsi və inkişaf perspektivləri”dir. Tədbir çərçivəsində “Birliyin Ulduzları” Dövlətlərarası Mükafatının və “Debütlər Birliyi” Beynəlxalq Mükafatının təqdimetmə mərasimi keçiriləcək.
Gundelik-Baku.Org