Latviya parlamenti cadugəri işə götürüb

Latviya parlamenti cadugəri işə götürüb
Latviya parlamenti cadugəri işə götürüb.
Bildirilir ki, Seymin deputatı Natalya Marçenko-Yodko Latviyada tanınmış cadugər Sanita Petereni özünə köməkçi götürüb. 
“Cadugər Seymdə ola bilməzmi? İnanıram ki, biz siyasətdə çox vacib və faydalıyıq”, - deyə Petere bildirib.
O əlavə edib ki, Latviyada cadugərlərin çoxu siyasətə yaxındır.
Qeyd olunur ki, cadugər Sanita Petere Latviyada tanınmış loğman və litoterapevtdir (daşlarla müalicə ustası - red.).
Mənbə: NRA

Gundelik-Baku.Org