“Bolt” taksi sifarişi üstündə bıçağa əl atıldı

“Bolt” taksi sifarişi üstündə bıçağa əl atıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağrır zərər vurmada təqsirləndirilən Sübhan Mustafayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilib. Sübhan Mustafayev məhkəmə iclas zalından həbs olunub.
 
İttihama görə, hadisə 26 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Ruhulla Axundov küçəsi, 307 saylı tam orta məktəbinin arxa hissəsində qeydə alınıb.
 
Belə ki, 1997-ci il təvəllüdlü Sübhan Mustafayevin mobil telefon cihazının enerjisi qurtardığından həmir yerdə olan əvvəllər tanımadığı zərərçəkmiş Elman Quliyevə (şərti) müraciət edək “Bolt” vasitəsi ilə taksi çağırmağını xahiş edib. Bu zaman zərərçəkmiş şəxs kobud formada rədd cavabını verib. Daha sonra onların arasında mübahisə düşüb və Elman Sübhanın başına yumruqla vurub. Təqsirləndirilən şəxs isə üzərində gəzdirdiyi bıçaqla qəsdən iki dəfə onun sol böyür hissəsinə vurub.
 
Hadisədən sonra Sübhan Mustafayev saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Gundelik-Baku.Org