İlin ən uğursuz ŞİFRƏLƏRİ: Bunları qoymayın - SİYAHI

İlin ən uğursuz ŞİFRƏLƏRİ: Bunları qoymayın - SİYAHI
2022-ci ilin ən uğursuz parollarının siyahısı açıqlanıb. Bu şifrələrə sahib olan hesablar çox qısa müddətdə sındırıla bilər.
Xarici KİV bu il smartfonlar, noutbuklar və ya “Wi-Fi” üçün ən uğursuz parolların siyahısını təqdim edir:
123456
123456789
Guest (qonaq)
qwerty
12345678
111111
12345
col123456
123123
Bunlar təkcə ən pis deyil, həm də ən populyar parollardır. Bu şifrələrin adı hər il dərc olunsa da, bir çox istifadəçi təhlükəsizliyə yenə laqeyd yanaşır və onlardan istifadə edir. 
Bəs, təhlükəsizlik üçün hansı parolları seçməliyik?
Bunun üçün əvvəlcə hesablarınızda iki faktorlu identifikasiyaya keçin. Fərqli profillərinizdə qətiyyən eyni paroldan istifadə etməyin. Çünki bu zaman onların sındırılma riski daha yüksəkdir.
Şifrə seçərkən müxtəlif hərf birləşmələrindən, rəqəmlərdən və xüsusi simvollardan istifadə edin.
Gundelik-Baku.Org