Ukrayna Polşadan 1570 ədəd peyk internet stansiyası aldı

Ukrayna Polşadan 1570 ədəd peyk internet stansiyası aldı
Kiyev Polşadan Amerikanın Space X şirkətindən 1500-dən çox Starlink peyk internet terminalı alıb.
Xarici KİV xəbər verir ki, bununla bağlı Varşavanın təhvil verdiyi 1570 terminalın əks olunduğu foto dərc edilib. 
Məlumata görə, Ukraynada elektrik enerjisi ilə bağlı problemlər olduğu üçün belə yardımın alınması indi çox vacibdir: "İşıq sönəndə bəzi rayonlarda mobil operatorlar və provayderlər işləmir". 
Terminalların bir hissəsinin ölkənin cənub və şərq rayonlarının mülki orqanlarına təhvil veriləcəyi gözlənilir.
Gundelik-Baku.Org