Ukrayna və Estoniya prezidentləri arasında danışıqlar olub - YENİLƏNİB

Ukrayna və Estoniya prezidentləri arasında danışıqlar olub - YENİLƏNİB
Ukrayna Prezidenti Volodimir Zelenski Tallində estoniyalı həmkarı Alar Karis ilə görüşüb.

“RBC-Ukraina” xəbər verir ki, bu barədə Estoniya Prezidenti “X” sosial şəbəkəsində yazıb.

“Bizim möhkəm dostluğumuz ümumi dəyərlərə, səy göstərdiyimiz ideallara - demokratiya və azadlıqlara əsaslanır”, - o yazıb.

10:40
Ukrayna Prezidenti Volodimir Zelenski Estoniyanın paytaxtı Tallinə səfər edib.

Bu barədə Estoniya Prezidenti Alar Karisin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna dövlət başçısı Estoniya Prezidenti Alar Karis, parlamentin spikeri Lauri Hussar və Baş nazir Kaey Kallas ilə görüşəcək: “V.Zelenski parlamentdə də çıxış edəcək. Görüşlərdə Rusiya ilə müharibə, Ukraynaya uzunmüddətli, daimi və effektiv dəstək müzakirə olunacaq”.
Gundelik-Baku.Org