Zelenski Baydenlə Rusiyadakı vəziyyəti müzakirə edib

Zelenski Baydenlə Rusiyadakı vəziyyəti müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb.
Bu barədə dövlət başçısı sosial şəbəkədə yazıb.
“Mən ABŞ Prezidenti Cozef Baydenlə danışdım. Müsbət və ruhlandırıcı söhbət oldu. Biz hərbi əməliyyatların gedişini, Rusiyada gedən prosesləri müzakirə etdik. Beynəlxalq asayiş bərpa olunana qədər dünya Rusiyaya təzyiq etməlidir”.
Zelenski söhbət zamanı Baydenə Ukraynaya göstərdiyi aramsız dəstəyə görə təşəkkür edib.
“Biz NATO-nun Vilnüs sammiti ərəfəsində mövqelərimizi razılaşdırdıq, Ukrayna sülh formulasının həyata keçirilməsi üzrə işin davam etdirilməsi və Qlobal Sülh Sammitinə hazırlıq məsələlərini müzakirə etdik”, - deyə Zelenski bildirib.

 
Gundelik-Baku.Org