"Ermənistan Azərbaycanla danışıqları davam etdirməyə hazırdır" - Xandanyan

"Ermənistan Azərbaycanla danışıqları davam etdirməyə hazırdır" - Xandanyan
Ermənistan Azərbaycanla danışıqlarının səmərəli olmasının tərəfdarıdır. 
Bu barədə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan bildirib. 
Xandanyan qeyd edib ki, mövcud danışıq formatları davamlı olacaq: "Onlar danışıqlara müəyyən beynəlxalq səlahiyyət verir, danışıqları daha legitim edir, həmçinin riskləri daha idarəolunan edir. İkitərəfli danışıqlarla bağlı bəyanatlar sadəcə bəyanatlardır. Hesab edirəm ki, Ermənistana Azərbaycanla danışıqlar üçün yer, vaxt və gün təyin etmək təklifi olmayıb". 
Diplomatın sözlərinə görə, demarkasiya komissiyalarında ikitərəfli müzakirələr davam edir: "Bəli, Ermənistan danışıqları davam etdirməyə hazırdır. Bizim üçün danışıqların məzmunu və prinsiplərin müəyyənləşdirilməsi birinci dərəcəli əhəmiyyət kəsb edir. Danışıqlar istər vasitəçilərin iştirakı ilə olsun, istərsə də ikitərəfli olsun, prinsiplər qeydə alınmasa, razılaşmalar gözlədiyimiz dəyərə malik olmayacaq". 
Gundelik-Baku.Org