ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri regiona səfər edib

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri regiona səfər edib
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvana səfər edib.

Lui Bono Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

“Biz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini, son danışıqlar və bu çərçivədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə etdik.

Mən bir daha Ermənistan tərəfinin regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqliyini təsdiqlədim”, - Ermənistan Təhlükəsizlik Şurasının katibi sosial şəbəkə hesabında bildirib.
Gundelik-Baku.Org