Ronaldo sevgilisi ilə dənizdə dincəlir

Ronaldo sevgilisi ilə dənizdə dincəlir
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin 38 yaşlı hücumçusu Kriştiano Ronaldo Corcina Rodriqeslə dənizdə dincəlir.

Xarici mətbuat məlumat verir ki, Ronaldo bunu əks etdirən fotosunu özünün "Instagram" səhifəsində yayıb.

"Əl-Nəsr" növbəti oyunu fevralın 1-də Amerikanın "İnter Mayami" komandasına qarşı keçirəcək.

Bu mövsüm Ronaldo 25 oyunda iştirak edib, 24 qol vurub və 11 məhsuldar ötürmə verib.
Gundelik-Baku.Org