Ukrayna dəniz yolu ilə təxminən 15 milyon tonluq yük ixrac edib

Ukrayna dəniz yolu ilə təxminən 15 milyon tonluq yük ixrac edib
Beş ay ərzində Ukrayna yeni dəniz dəhlizi vasitəsilə artıq təxminən 15 milyon tonluq yük ixrac edib, bu yükün 10 milyon tonunu ukraynalı aqrar təsərrüfatçıların məhsulları təşkil edir.
Bu barədə ölkənin Baş nazirinin Ukraynanın dirçəldilməsi üzrə müavini, icmaların, ərazilərin və infrastrukturun inkişaf etdirilməsi naziri Aleksandr Kubrakova istinadla xəbər verir.
Dəniz dəhlizinin işə salındığı müddət ərzində 469 yeni gəmi Ukrayna limanlarına daxil olub. Hazırda Odessa, Cernomorsk və Yujnı limanlarında 39 gəmiyə yükün vurulması işləri gedir. Daha 83 gəmi limanlara daxil olmağa və 2,4 milyon ton yükü ixrac etməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko 2024-cü ildə Ukraynadan mal və xidmətlərin ixracının 9 faiz artacağını və yük tariflərinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq dəniz sığortasının işə salınacağını bəyan edib.
Gundelik-Baku.Org