Taxıl müqaviləsinin müddəti uzadıldı

Taxıl müqaviləsinin müddəti uzadıldı
Odessa, Çernomorsk və Yujnı limanlarından Ukrayna taxılının ixracı üçün təhlükəsiz dəhliz yaradılması üzrə taxıl sazişinin müddəti uzadılıb. 
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. 
Saziş 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri arasında imzalanıb. 
Gəmi hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Razılaşma həmçinin Rusiya gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını da əhatə edir. Moskva isə hesab edir ki, sazişin bu hissəsi həyata keçirilmir.
Qruşkonun sözlərinə görə, Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi yavaş-yavaş davam edir. 

Gundelik-Baku.Org