Kiyevə hava hücumu nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb

Kiyevə hava hücumu nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb
Dekabrın 29-da Kiyevə edilən kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 33 nəfərə yüksəlib.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası “Telegram” kanalında məlumat yayıb. “Şevçenko rayonundakı anbarda dağıdılmış tikinti konstruksiyalarının sökülməsi zamanı daha bir nəfərin cəsədi aşkarlanıb”, - məlumatda belə deyilir.
Bununla da Kiyevə raket hücumu nəticəsində həlak olanların sayı 33 nəfərə çatıb.
Xatırladaq ki, Rusiya ordusu dekabrın 29-da Ukrayna ərazisinə kamikadze dronları və müxtəlif tipli raketlərlə hücum etmişdi.
Gundelik-Baku.Org