Nensi Pelosi vəzifəsindən istefa verəcəyi ilə bağlı anons verib

Nensi Pelosi vəzifəsindən istefa verəcəyi ilə bağlı anons verib
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tutduğu vəzifədən istefa verə biləcəyini bəyan edib.
Siyasətçi qərarını oktyabrın 28-də San-Fransiskoda ailə üzvünə qarşı həyata keçirilən sui-qəsdlə izah edib.
Qeyd edək ki, Nensi Pelosinin yaşadığı evə həyata keçirilən hücum zamanı orada siyasətçinin əri Paul Pelosi olub. Hücumu həyata keçirən şəxs Paul Pelosiya xəsarət yetirib. Evə hücum səhər saatlarında olub və bu zaman Nensi Pelosi evdə olmayıb.
Mənbə: Reuters
Gundelik-Baku.Org