Azərbaycanla Pakistan arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Pakistan arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq müzakirə edilib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Gundelik-Baku.Org