Xəzələ əsəbləşdi, qonşusunun ağacını güllələdi

Xəzələ əsəbləşdi, qonşusunun ağacını güllələdi
Qonşunun ağacından tökülən yarpaqlar Belçikanın Lyej şəhərinin sakinini təngə gətirib. 
84 yaşlı kişi hər gün xəzəl toplamaqdan bezdiyi üçün ağacı atəşə tutub. Lakin o bir-neçə güllə atdıqdan sonra polis hadisə yerinə gəlib.
Sənədsiz tüfəng müsadirə olunub, kişiyə isə bir neçə sutkalıq həbs verilib. O isə çıxdıqdan sonra “xəbərçilik edəni” cəzalandırmağa söz verib.
Gundelik-Baku.Org