Qəzaya uğrayan təyyarədəki uşaqlar 40 gün sonra sağ tapıldılar

Qəzaya uğrayan təyyarədəki uşaqlar 40 gün sonra sağ tapıldılar
Kolumbiyada mayın 1-də 7 nəfərlə birlikdə yoxa çıxan və mayın 17-də qalıqları tapılan kiçik təyyarədəki 4 uşağın sağ tapıldığı rəsmən təsdiqlənib.
Bu barədə Kolumbiya Prezidenti Qustavo Petro öz tviter hesabında paylaşım edib.
“Bütün ölkə üçün böyük sevinc! 40 gün əvvəl Kolumbiyanın cəngəlliklərində itən 4 uşaq sağ-salamat tapılıb”, - deyə paylaşımda qeyd olunub.
Həftələrlə uşaqlar üçün dayanmadan axtarış aparan hərbçilər bunu möcüzə adlandırıblar.
Sağ qalanlar arasında 11 aylıq körpə də var.
Gundelik-Baku.Org