Zəlzələdə xəsarət alan 10 uşaq müalicə üçün Bakıya gətirildi

Zəlzələdə xəsarət alan 10 uşaq müalicə üçün Bakıya gətirildi
Türkiyədə baş verən güclü zəlzələdə xəsarət alan 10 uşaq Azərbaycana gətirilib.
Həmin uşaqlar K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstituna yerləşdirilib.
Hazırda xəstəxanada müalicələri davam edir. Müalicə müddəti bitdikdən sonra uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Sığınacaq və Sosial Reabilitasiya Müəssisələrinə yerləşdiriləcək.
Gundelik-Baku.Org