Hörümçək-adam karyerasına ara verdi: "Bu serial məni məhv etdi"

Hörümçək-adam karyerasına ara verdi: "Bu serial məni məhv etdi"
Məşhur aktyor Tom Holland (Hörümçək-adam) aktyorluğa ara verəcək. 
Xarici KİV xəbər verir ki, o, triller janrlı "The Crowded Room" serialının çəkilişi zamanı çətinliklər yaşadığını dilə gətirib. 
Bu səbəblə də aktyor karyerasına bir il ara verdiyini açıqlayıb:
"Bu serial məni həqiqətən məhv etdi. İndi bir il ara verirəm. Bu serialın çəkilişlərinin çox çətinliklə başa gəldiyi üçündür".

Tom ekran işində Danny Sullivan rolunu canlandırıb. 



 
Gundelik-Baku.Org