Reanimasiyaya yerləşdirilən tanınmış aktyor vəfat etdi - FOTO

Reanimasiyaya yerləşdirilən tanınmış aktyor vəfat etdi - FOTO
"Saving Private Ryan" filmi başda olmaqla bir çox ekran işində maraqlı obrazlar yaradan məşhur aktyor Tom Sayzmor vəfat edib.
Xarici KiV xəbər verir ki, 61 yaşlı aktyor anevrizmadan (təmiz qan daşıyan damarların (arteriyaların) genişlənməsi) dünyasını dəyişib.
Tom Sayzmor bir müddət əvvəl səhhəti pisləşdiyi üçün ailəsi tərəfindən xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Aktyorun meneceri Çarlz Laqo onun reanimasiyada yuxuda olarkən dünyasını dəyişdiyini deyib.
Tom Sayzmor şəxsi həyatı və karyerası ilə daim mətbuatın gündəminə olub. O, 2013-cü ildə şəxsi həyatından bəhs edən kitab yazıb.
Aktyor beş dəfə "Oskar"a layiq görülən "Saving Private Ryan" filmində Mayk Horvat rolunu canlandırıb.


 
Gundelik-Baku.Org