Dörd həftədə koronavirusdan ölüm 47 faiz azalıb – RƏSMİ

Dörd həftədə koronavirusdan ölüm 47 faiz azalıb – RƏSMİ
Mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 10,4 mindən çox insan dünyasını dəyişib. 
Xarici media xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 47, infeksiyaya yoluxanların sayı 38 faiz azalıb.
ÜST-nin məlumat bülleteninə əsasən, dörd həftə ərzində dünyada 1 720 356 yoluxma halı və 10 463 ölüm halı qeydə alınıb.
İyunun 7-nə ÜST-nin saytında dərc olunan məlumata görə, dünyada ümumilikdə 767 750 853 koronavirusa yoluxma halı qeydə alınıb, 6 941 095 nəfər ölüb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, ölənlərin real sayı ən azı 20 milyondur.
Gundelik-Baku.Org