Havay adalarında dünyada ən aktiv vulkanlardan biri baş qaldırdı

Havay adalarında dünyada ən aktiv vulkanlardan biri baş qaldırdı
ABŞ-nin Havay adalarında dünyada ən aktiv vulkanlardan olan Kilauea vulkanı 3 aylıq fasilədən sonra yenidən baş qaldırıb.
Vulkanın zirvə kraterində püskürmə baş verib.
Bu barədə ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) Havay Vulkan Rəsədxanası məlumat verib.
Məlumata görə, Kilauea zirvəsinin kamera görüntülərində püskürmənin başlandığını göstərən parıltılar müşahidə olunub.
Püskürmənin başladığı Halemaumau kraterində əmələ gələn çatlardan lava axmağa başlayıb. ABŞ Geoloji Tədqiqat Xidməti bildirib ki, vulkanda aktivlik təkcə Halemaumau kraterində müəyyən olunub və püskürmənin gedişatına uyğun olaraq təhlükə dərəcəsi ilə bağlı yenidən qiymətləndirmə aparılacaq.





Mənbə: “Thehindu.com”
Gundelik-Baku.Org