Kuril adalarında vulkan püskürdü

Kuril adalarında vulkan püskürdü
Kuril adalarında yerləşən Ebeko vulkanı püskürərək 2,5 kilometr hündürlüyə kül atıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Xilasedicilərin sözlərinə görə, kül şleyfi cənub-şərq istiqamətində 5 kilometrdən çox məsafəyə yayılıb.
Vulkanın əhalinin həyatı üçün heç bir təhlükə törətmədiyi bildirilir.

Mənbə: TASS
Gundelik-Baku.Org