ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqdan danışdı

ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqdan danışdı
Biz inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır. 
Bu barədə ABŞ Dövlət Departamenti sözçünün müavini Vedant Patel bildirib. 
"Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməkdə davam etdiyi üçün biz danışıqların növbəti mərhələsinin Vaşinqtonda keçirilməsini səbirsizliklə gözləyirik", - Patel əlavə edib. 
Qeyd edək ki, iyunun 12-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü planlaşdırılır. 
Gundelik-Baku.Org