Toivo Klaar Bayramov-Mirzoyan görüşü barədə: “Ümidverici xəbərlər var”

Toivo Klaar Bayramov-Mirzoyan görüşü barədə: “Ümidverici xəbərlər var”
“Avropa İttifaqı 4 günlük danışıqlarda Azərbaycan və Ermənistanın davamlı iştirakını alqışlayır”.
Bu sözləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında paylaşım yazıb.
“Vaşinqtondan ümidverici xəbərlər var. Tərəqqi yalnız dialoqla mümkündür. Biz Ermənistan və Azərbaycanla birlikdə olmağa, davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik” , - deyə o qeyd edib.


Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Tərəflər görüş zamanı Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Gundelik-Baku.Org