Zaxarova Zelenskini təhqir etdi

Zaxarova Zelenskini təhqir etdi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin Kaxovskaya su elektrik stansiyasının dağıdılmasından sonra BMT və Qırmızı Xaç Cəmiyyətinin kömək istəməsinə dair tənqidinə reaksiya verib.
O, bu barədə "Telegram" kanalında "Çupakabra bədbəxtdir" (Zelenskini nəzərdə tutur - red.) deyə qeydi ilə paylaşım edib.  
Qeyd edək ki, çupakabra heyvanları öldürən əfsanəvi məxluqdur. Onun haqqında məlumatlar 20-ci əsrdən etibarən Latın Amerikası və ABŞ-ın cənubunda yayılmağa başlayıb.
Volodimir Zelenski iyunun 7-də Kaxovskaya su elektrik bəndinin dağıdılması ilə bağlı məlumatdan sonra BMT və Qırmızı Xaç Cəmiyyətinin yardım tələblərinə reaksiyasından şoka düşdüyünü bildirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar yardım üçün müraciətə cavab verməyib. 
Kaxovskaya SES iyunun 6-da qismən dağılıb. Dnepr çayının hər iki tərəfindəki yaşayış məntəqələrini su basıb, sol sahilə rus qoşunları, sağ sahilə isə ukraynalılar nəzarət edir. Tərəflər baş verənlərə görə bir-birini günahlandırır. Bir çox ekspertlər bəndin əvvəllər baş vermiş zədələrə görə dağılmış ola biləcəyini ehtimal edir.
Gundelik-Baku.Org