Akın Akınözü Moskvada çəkilişlərdədir

Akın Akınözü Moskvada çəkilişlərdədir
Türk aktyor Akın Akınözü, deyəsən, indi Rusiyanı fəth edəcək.
Sənətçi  Moskvaya “Ivy” onlayn kinoteatrının reklam kampaniyasında rol almaq üçün gəlib.
Onun paytaxta səfəri pərəstişkarları arasında əsl ajiotaj yaradıb. Akınözünün rusiyalı fanatları sevinclərini gizlədə bilməyib, çəkiliş meydançasına hücum ediblər. Aktyor onların hər birinə vaxt ayırıb: avtoqraf verib, fotolar çəkdirib.
Təşkilatçılar bildiriblər ki, Akınözü cəlbediciliyi ilə yanaşı, zəhmətkeşliyi və açıqsözlülüyü ilə də tanınmağa layiqdir. Rejissorun verdiyi tapşırıqları ustalıqla yerinə yetirən aktyor onu dinləyir. Dil maneəsinə baxmayaraq, Akınözü jestləri və yumoru ilə komanda ilə ortaq nöqtə tapıb. Akın haqqında ən mühüm məqam onun ət yeməməsidir, çünki sağlamlığına fikir verir və heyvanları sevir.

Gundelik-Baku.Org