Moldova MDB ilə iki sazişi denonsasiya edir

Moldova MDB ilə iki sazişi denonsasiya edir
Moldova parlamentinin Xarici siyasət və Avropaya inteqrasiya komissiyasının üzvləri Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində iki sazişin denonsasiyasını təsdiqləyiblər.
Bu barədə Moldova KİV-ləri məlumat yayıb.
"Söhbət təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişdən və MDB-yə üzv dövlətlər arasında strateji silahlı qüvvələr haqqında sazişdən gedir",-  KİV-də  yazılıb.
Moldova Xarici İşlər Nazirliyi qeyd edir ki, Moldovanın MDB ölkələri ilə fövqəladə halların aradan qaldırılması məsələsində az qarşılıqlı əlaqəsi var və ona görə də ölkənin bu sazişə ehtiyacı yoxdur. Strateji silahlı qüvvələr haqqında sazişin parlamentdə denonsasiyası Moldovanın nüvə silahına malik olmaması ilə izah edilib.
Gundelik-Baku.Org